|
• DünyadaSəudiyyə Ərəbistanı və müttəfiqləri Hudeydə şəhərindən çəkilirBMT-nin bir qrup müşahidəçisi atəşkəsə nəzarət etmək məqsədilə Yəmənin liman şəhəri olan Hudeydəyə şəhərinə gəlməsinə baxmayaraq Yəmən ordusu ilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında şiddətli toqquşma qeydə alındığı diqqətə çatdırılır. Ahlibeyt.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə,Məlumata əsasən, Patrik Kammertin başçılıq etdiyi müşahidəçi heyət BMT-nin Hudeydə şəhərindəki ofisinə yerləşib. Bununla belə Yəmənin "Ənsarullah" hərəkatı BƏƏ-ni İsveçdə BMT-nin himayə etdiyi sülh danışıqlarının son mərhələsinə yaxın vaxtlarda müharibə tərəfləri arasında əldə olunan razılaşmanı pozmaqda ittiham edib. "Ənsarullah" siyasi bürosunun baş katibi Fadel Abutalib verdiyi açıqlamada bildirib ki, Əbu- Dabi rejimi Tareq Məhəmməd Abdullah Salehin əsgərləri vasitəsi ilə müqaviləni pozmağa çalışır. Sülh danışıqlarında əldə edilən razılaşma Yəmən xalqı üçün qələbədir. Səudiyyə Ərəbistanı və onun müttəfiqləri artıq Hudeydə şəhərindən çəkilir", - deyə bildirib. Bundan əlavə, "Ənsarullah" rəsmisi BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı 2451 saylı qətnaməsini əvvəlki ilə müqayisədə daha təsirli və faydalı adlandırıb. Xatırladaq ki, Yəmənin “Ənsarullah” hərəkatı ilə Səudiyyə Ərəbistanı və eks-prezident Mənsur Hadiyə sadiq qüvvələr arasında dekabrı 18-də atəşəkəs elan edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2018 12:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |