|
• DünyadaHacı Ramin İgidov yenidən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçildiGürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidov səsvermə yolu ilə yenidən həmin idarənin şeyxi seçilib. GMİ-dən Ahlibeyt.az-a verilən məlumata əsasən, səsvermədə bölgələri təmsil edən Ali Dini Şuranın üzvləri iştirak ediblər. Seçki 19 dekabr 2018-ci il tarixində səsçoxluğu qazanaraq namizədlikləri irəli sürülmüş üç ruhani arasında keçirilib. 2013-cü ilin dekabr ayından Gürcüstan Müsəlmanları İdarəsinin şeyxlik məsuliyyətini icra edən Ramin Rəşid oğlu İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. O Azərbaycanda dini təhsilini bitirdikdən sonra 2000-ci ildən Tbilisidə dini təlim və təbliğ işləri ilə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən "İmam Əli" adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan "İman" qəzetinin və bir çox nəşrlərin redaktoru olub. R.İgidov bir neçə kitab müəllifi və tərcüməçisidir. Ailəlidir, iki övladı var. O, nizamnaməyə əsasən 5 il müddətində bu məsuliyyətdə olacaqdır. Qeyd edək ki, yaxın günlərdə Gürcüstanın Şərq üzrə müftisi də seçki yolu ilə müəyyənləşəcəkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2018 14:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |