إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fiziki problemli hacılar üçün xüsusi imkanlar yaradılır

Səudiyyə Ərəbistanı əlil hacılara xidmət üçün Mədinə və Məkkədə xüsusi imkanlar yaradır.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, zəvvarlar üçün tədarük görülmüş xüsusi xidmətlər sırasında həcc əməlləri bələdçisi, "bril" əlifbası ilə çap edilmiş Qurani-Kərim nüsxələri, "bril" əlifba ilə çap və nəşr edilmiş dini kitablar, əlilləri namaza və məscidlərə aparmaq üçün köməkçilər də vardır.

Məkkə və Mədinə şəhərlərində əlil hacılar üçün elektrik əlil arabaları da zəvvarların ixtiyarına veriləcək.

Həmçinin fiziki problemli Həcc zəvvarları,xüsusi ilə eşitmə və danışma məhdudiyyəti olan hacılar üçün elektron qələmlə işləyən Quran nüsxələri hazırlanmış,həmçinin müqəddəs məkanlarda yol nişanları qurulmuşdur.

Məscidul-Həram və Məscidun-Nəbinin daxili işlərinin koordinatoru Əhməd əl-Bərəqati deyib ki, əlil şəxslərin yüksək motivasiya gücü və xüsusi iradə və qüdrətləri vardır. Buna görə, onların da Həcc əməllərini yerinə yetirməsi üçün bu imkanlar yaradılır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2018  12:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!