|
• DünyadaBMT nümayəndəsi: Valideynlər aclıqdan ölən uşaqlarının ölümünü izləyirDünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az "dunyabulteni"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib. "Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır. O qeyd edib ki, Yəməndə xəstəxanalarda valideynlər aclıqdan ölən uşaqlarının ölümünü izləyir. 2019-cu ilin fevral ayının 26-da Cenevrədə Yəmənə yardım məqsədilə konfrans təşkil olunacağını qeyd edən M. Loukok bildirib ki, hazırda Yəmənə 152 dövlət yardım göstərir. Loukok bir neçə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər. Qeyd edək ki,bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo BBC-yə verdiyi açıqlamasında, İranın Yəməndəki aclıq və dağıntılara görə məsuliyyət daşıdığını, Səudiyyə rejiminin isə bu təhlükələri azaltmaq üçün milyonlarla dollar xərclədiyini bildirib. Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Twitter-dən paylaşdığı mesajında, ABŞ dövlət katibi Pompeonun sözlərinin Yəməndə sülhün əleyhinə olduğunu və böhranın davam etməsini istədiyini göstərdiyini qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2018 12:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |