|
• DünyadaAzərbaycan deputatları İrəvandakı məsciddə - FOTOLARİrəvanda səfərdə olan Azərbaycan deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər. Ahlibeyt.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı millət vəkili Əflatun Amaşov paylaşıb. Deputatlar Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər. Nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov, QDİƏT-nın baş katibi Asəf Hacıyev daxildir. Göy Məscidin fotolarını paylaşan Ə. Amaşov yazıb: “Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2018 10:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |