|
• DünyadaRusiya İslami Araşdırmalar Fondunun təşəbbüsü beynəlxalq kitab sərgisi keçirilirRusiya İslami Araşdırmalar Fondunun təşəbbüsü ilə Moskvanın "Non-Fictioan" (qeyri-bədii düşüncə ədəbiyyatı) daimi kitab sərgisində Qurani və İslami kitabların sərgisi təşkil olunub. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, hər il təşkil olunan və sayca 10-cu olan bu sərgi Rusiyanın 20-ci "Non-Fiction" beynəlxalq düşüncə ədəbiyyatı kitab sərgisinin çərçivəsində keçirilir. Beynəlxalq Düşüncə Ədəbiyyatı Kitab Sərgisi Noyabr ayının 28-dən Dekabr ayının 2-dək Moskvanın "İncəsənətçilər Evi" sərgi mərkəzində keçiriləcək. Qeyri-Bədii kitablar sərgisi keyfiyyət baxımından Moskvanın ən yaxşı illik kitab sərgisidir. Sərgi Rusiyanın federal kütləvi informasiyalar və mətbuat agentliyi tərəfindən təşkil olunub. "Non-Fiction" kitab sərgisi təkcə nümayişgah deyil, həm də qələm əhli, yazarlar, kitab əhli, mədəniyyətsevərlər, şairlər, rəssamlar, senaristlər, mütərcimlər, ədəbiyyat təndiqçiləri, alimlər və kinomotoqrafların görüşdüyü yerdir. Rusiyanın "İbn Sina" adına "İslami Araşdırmalar Fondu"nun məlumatına əsasən bu sərgidə 300 nəşriyyatçı, mədəniyyət fondu və kitab satıcısı iştirak edəcəkdir. Sərgidə 24 xarici ölkədən qonaq naşir vardır. "İbn Sina" adına "İslami Araşdırmalar Fondu" və Sədra Nəşriyyatı da bu sərgidə öz məhsullarını nümayiş etdirəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2018 11:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |