|
• DünyadaBMT-in Yəmən üzrə nümayəndəsi husi lideri ilə görüşübBMT-in Yəmən münaqişəsi üzrə rəsmi nümayəndəsi Martin Griffis Ənsarullah hərəkatının lideri Əbdül-Məlik Bədruddin əl-Husi ilə görüşüb. Ahliebyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bu barədə “Ənsarullah” hərəkatının rəsmi sözçüsü Abdullah əs-Salam öz twitter səhifəsində bildirib. Bildirilib ki, BMT rəsmisi paytaxt Sənada əl-Hudeyda əyalətində döyüşlərin dayandırılması və ölkədə yaranmış qıtlığın aradan qaldırılmasının yollarını husi lideri ilə müzakirə edib. Abdullah əs-Salamın sözlərinə görə bu görüşdə Əbdül-Məlik Bədruddin əl-Husi BMT rəsmisinə bildirib ki, bundan öncə müharibənin dayandırılması və atəşkəsin baş tutması üçün onlar dəfələrlə addım atıb və hərəkətə keçiblər, amma qarşı tərəf müxtəlif bəhanələrlə döyüşləri şiddətləndirib. Məlumata görə Əbdül-Məlik Bədruddin əl-Husi BMT rəsmisindən Səudiyyə koalisiyasının Yəmənə hava quru və sudan tətbiq etdiyi mühasirənin dayanması üçün addımların atmasını istəyib. Əbdül-Məlik Bədruddin əl-Husi bildirib ki, Yəməndə hazırda baş verən aclıq və qıtlığ dünyada misilsizdir və Səudiyyə Ərəbistanı koalisiyasının yaratdığı bu vəziyyəti BMT-in onlarla hesbatı təsdiq edir. Qeyd edək ki, BMT rəsmisinin və digər beynəlxalq tərəflərin bundan öncə sentaybar ayında tərəflər arasında vasitəçiliyi baş tutmamışdı. Səudiyyə koalisiyası sentaybar ayında İsveçrəyə yollanmaq istəyən husilərin nümayəndə heyətinin təyyarəsinin paytaxtdan qalxmasına və Yəməni tərk etməyə imkan verməmişdi. BMT rəsmisi cari ilin sonuna qədər “Ənsarullah” hərəkatını və Səudiyyənin dəstəklədiyi hökuməti bir araya gətirməyə çalışır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2018 11:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |