إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünyada Vəhdət həftəsi mərasimləri: Pakistan - FOTO

Pakistanın Lahur şəhərində Əhli-beyt (ə) aşiqlərinin  izdihamlı yürüşü baş tutub.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “ABNA”-ya istinadla xəbər verir ki,  əziz Peyğəmbərin (s) mövlud  günü və “Vəhdət  həftəsi” münasibətilə təşkil olunan əzəmətli yürüşdə  “Ürvətül-Vüsqa” Dini Elmi  Hövzəsinin direktoru  Əllamə Seyid Cavad Nəqəvi və  Lahur şəhərinin müxtəlif təbəqələrdən olan əhalisi iştirak edib.

Qeyd edək ki, Rəbiül-əvvəl ayının 12-indən (Noyabr ayının 20-i) etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir.

Xatırladaq ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli tarix irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiə alimlərinin nəzərinə görə, rəbiül-əvvəlin 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İranın ali dini lideri mərhum ayətullah Xomeyninin (rə) təşəbbüsü ilə bu iki gün gün arasındakı fasilə “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.





 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2018  11:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!