|
• DünyadaAyətullah Sübhanidən Yəmənlə bağlı - Bəyanatİslam Dünyasının böyük üləmalarından və mərcəi təqlid müctehidlərindən olan Ayətullah Cəfər Sübhani Yəmən xalqının acınacaqlı durumu ilə bağlı bəyanat yayıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, Ayətullah Sübhaninin Yəmənlə bağlı bəyanatında deyilir: "Bismilləhir-Rahməni-Rahim. Həzrəti Peyğəmbər (s) buyurub: "Hər kəs bir şəxsin "ey müsəlmanlar dadıma çatın" faryadını eşidə ona kömək etmiyə müsəlman deyil." Tarixi mənşəli və nüfuzlu xalq olan Yəmənin müsəlman xalqı çətin anlar yaşıyır. Zalimlərin zülmü nəticəsində milyonlarla kişi, qadın və uşaq aclıq və ölüm ilə üzbəüzdür. Onların tək günahı Səudiyyə zalimlərinə və müstəmləkəçilərin iradəsinə təslim olmamalarıdır. Belə bir zamanda möminlərə vacibdir ki, Qırmızı Aypara Cəmiyyəti və hümanitar yardımlar edən digər təşkilatlarla birlik etməklə onların köməyinə tələssinlər və hər vasitə ilə onların məzlumanə səslərini dünyaya çatdırılsınlar. Qüm şəhəri, Cəfər Sübhani
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2018 10:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |