|
• DünyadaDemokrat nümayəndələr ABŞ Konqresindən hicabı qadağan edən qanunun ləğvini tələb edibABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Nümayəndələr palatasına yol tapan Somalidən olan İlhan Ömarin hicablı olmasına görə, Demokrat nümayəndələr Konqresdə baş örtüyünü qadağan edən qanunla bağlı tələb irəli sürüb. Ahlibeyt.az-ın məlumatına görə, Maide.Az “AA”a istinadla xəbər verir ki, Demokrat nümayəndələr başı örtən şapka, baş örtüyü və şalı qadağan edən 181 illik qanunun ləğv edilməsini tələb ediblər. Bildirilib ki, Minnesota ştatlarından seçkilərə qatılan və qələbə qazanan İlhan Ömar hicablı olduğu üçün , bu qanuna görə məclisdəki iclaslarda iştirak edə və çıxış edə bilməz. Bunun üçün nümayəndələr qanunun ləğv edilməsini tələb edib. Demokrat nümayənədələr bu qadağanın dini azadlıq və dini ayinlərin yerinə yetirilməsi haqqında konistitusiyanın verdiyi hüquqlarla ziddiyyət təşkil etdiyini təkidlə vurğulayıblar və ləğvini tələb ediblər. İ.Ömər öz sosial media hesabında verdiyi açıqlamada qeyd edib ki, hicabı öz qərarı ilə taxır və bu hüququ ona ABŞ konistitusiyasının birinci maddəsi verir. “Bu qadağa, ləğv edilməsi üçün çalışacağım son qadağa olmayacaq”- deyə İ.Ömər qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2018 15:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |