إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

GMİ Batumidə peyğəmbərin (s) mövludu ilə bağlı tədbir keçirib

Gürcüstanın Acarıstan Muxtar Vilayətinin mərkəzi şəhəri Batumidə Mövlud bayramı və Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatı ilə bağlı tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Gürcüstan Müsəlmanları İdarəsinin məlumatında qeyd olunub ki, tədbirdə din xadimləri, Gürcüstanın dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə konsulluq nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak ediblər.

Qurani Kərimin tilavətindən sonra tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Acaranın hökümət başçısı Tornike Rijvadze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin əməkdaşı Nino Cavcavadze və digər qonaqlar çıxış edərək öncə Hz. Məhəmməd Peyğəmbərin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Hz. Məhəmməd Peyğəmbərin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin üstünlük və özəllikləri barəsində ətraflı danışıbar.

Çıxış edən din rəhbərləri 1448 il keçməsinə baxmayaraq hələ də Peyğəmbər ümmətinin bu günkü ağır vəziyyətinə toxunaraq müsəlmanların birliyə ehtiyacları olduqları halda düşmənlərin fitnəsinə uyub bir-birilərinə qarşı çıxdıqlarının səbəblərini təəsüflənərək dilə gətirdilər.

İkinci hissədə İdarənin əməkdaşı Temur Qorqadze ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək təqdim etdi. Dini təkmilləşdirmə kurslarını bitirənlərə sertifikatlar təqdim olundu.

Sonra qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşdülər. İştirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olundu.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2018  11:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!