|
• DünyadaHicab məhbusunun oğlu məhkəmə zalından azad edildi
Martın 6-da Nəsimi Rayon Məhkəməsində məhbus ruhani Fəramiz Abbasovun oğlu Əmin Abbasov barəsində hökm oxunub. Vəkil Mənsum Bayramovun bildirdiyinə görə, hakim Şəlalə Həsənova Əli Abbasovu 2 il müddətinə islah işlərinə məhkum edib. Hökmə görə, Əli Abbasovun aylıq qazancının 20 faizi tutulacaq. Onun həbsdə yatdığı 25 günün hər günü 3 günə bərabər tutulmaqla, ümumilikdə 75 günlük müddət 2 illik həbsdən çıxılıb. Hökm oxunandan sonra Əli Abbasov məhkəmə zalından azadlığa buraxılıb. Əmin Abbasov Cinayət Məcəlləsinin 127.2.1 (qəsdən sağlamlığa az ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 221.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ittiham olunurdu. Bakı Apellyasiya Məhkəməsi onun haqqında 1 ay müddətinə həbs qətimkan təbdiri seçmişdi. Bu maddələrlə iş 2011-ci ilin sentyabr ayından Nəsimi Rayon Polis İdarəsində qaldırılıb və indiyə qədər Əmin Abbasov həmin cinayət işi üzrə şahid qismində dindirilib. Şikayətçi Əmin Abbasovun atası Fəramiz Abbasova qarşı ifadə vermiş Əlihüseyn Kərimovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində islamçıların prosesi gedən zaman məhkəmə binasının qarşısında insident olub. Əlihüseyn Kərimovun bu insidentdə xəsarət aldığı deyilir. Lakin istintaq ona kimin xəsarət yetirdiyini müəyyən etməyib. Qeyd olunub ki, ona Əmin Abbasov və qeyriləri xəsarət yetirib. Fəramiz Abbasov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. mediaforum.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2012 01:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |