إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə koalisiyası ağır itki verərək əl-Hudeyda hücumunu dayandırıb

Səudiyyə Ərəbistanı koalisiyası və hökumət qərargahı Ədəndə yerləşən prezident Abdu-Rabbih Mansur Hadinin qüvvələri əl-Hudeyda şəhərinin bəzi cənub kvartallarını tutsalar da əməliyyatı dayandırıblar.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə FransPress məlumat verib.Mənbə bildirib ki, Abdu-Rabbih Mansur Hadinin hökuməti əməliyyatın dayandırılması haqda qərar verib.

Bu qərardan sonra ötən gün əl-Hudeyda şəhərində ara sıra atışma olub.

KİV-lər bildirir ki, bu, Yəməndəki tərəflər və Səudiyyə koalisiyası arasında BMT vasitəçiliyi ilə İsveçdə baş tuta biləcək sülh danışıqları ilə bağlıdır. Amma bu danışıqların baş tutması hələ rəsmi təsdiqini tapmayıb. Ekspertlərin fikirnə görə danışıqlara husilərin və qərargahları paytaxt Sənada yerləşən hökumətin rəsmi nümayəndələrinin dəvət edilməyəcəyi təqdirdə onun nəticə verməsi də əlçatan görünmür.

Qeyd edək ki, noyabr ayının əvvəlindən indiyədək əl-Hudeydada gedən döyüşlərdə əksəriyyəti husilər olmaqla tərəflər 700-ə yaxın itki verib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2018  10:27 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!