|
• Mənəviyyat • Mənəviyyat“Dində “cin çıxartmaq” anlayışı yoxdur” - Hacı ŞahinBir neçə gün əvvəl psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağalmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq öldürüblər. Aldığı xəsarətlərdən ölən M. Soltanovun meyiti Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılaraq, barələrində müvafiq maddələrlə cinayət işi açılıb. Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli "Cin çıxartma" məsələsinə münasibət bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, din xadimi Azvision.az-a açıqlamasında deyib ki, İslam dinində "cin çıxartma" müalicə üsulu haqqında hansısa bir məlumat yoxdur. “Bu deyilənlərin dinlə hər hansısa bir əlaqəsi yoxudr. İnsanlar xəstələndikləri zaman həkimə mürcaiət etməlidirlər və onların vasitəsi ilə müalicə olunmalıdırlar. Təbii ki, bu zaman müəyyən duaları etmək mümkündür. Bu, normaldır. Dua ona görə edilir ki, məqsədinə çatasan, sağalsan və s. Amma cindarlıqla məşğul olmaq, kiminsə içindən cin çıxartmaq, bunlar xurafatdır. Bir mənalı olaraq insanlar bilməlidirlər ki, dinimizdə cin çıxartma ilə bağlı heç nə yazılmayıb. Ümumiyyətlə, bunların dinə aidiyyatı yoxdur. Bu kimi əməllərdən imtina etmək lazımdır. Belə insanlar başqalarının inancından istifadə edib, qanunusuz işlərlə məşğul olurlar. Cahil, savadsız adamlar isə xəbərsizlikdən bu cür insanların təsirinə düşürlər”- deyə Hacı Şahin Həsənli vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2018 10:24 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |