|
• DünyadaSuriya Ordusu İŞİD-in oğurladığı onlarla əsiri azad edib (VİDEO)Suriya Ordusu çevik əməliyyatla iyul ayında ölkənin Suveyda əyalətində oğurlanan onlarla sakini İŞİD-dən azad edib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Salamnews SANA-ya istinadla xəbər verir. Bildirilib ki, Suriya Ordusu sözügedən əməliyyatı Palmiranın şimal-şərqində Hamima bölgəsində həyata keçirib. Əməliyyat nəticəsində İŞİD nəzarətində qalan daha 29 qadın və uşaq azad edilib. Qeyd edək ki, terror təşkilatı iyul ayında Suveyda əyalətinin şərqində bir neçə kəndə hücum edərək, 215 nəfəri qətlə yetirmiş və 60-a yaxın sakini oğurlamışdı. Onların yerdə qalanları ötən gün azad edilib və buradakı İŞİD terrorçuları məhv ediliblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2018 11:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |