
Suriya Ordusu çevik əməliyyatla iyul ayında ölkənin Suveyda əyalətində oğurlanan onlarla sakini İŞİD-dən azad edib.
Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Salamnews SANA-ya istinadla xəbər verir.
Bildirilib ki, Suriya Ordusu sözügedən əməliyyatı Palmiranın şimal-şərqində Hamima bölgəsində həyata keçirib.
Əməliyyat nəticəsində İŞİD nəzarətində qalan daha 29 qadın və uşaq azad edilib.
Qeyd edək ki, terror təşkilatı iyul ayında Suveyda əyalətinin şərqində bir neçə kəndə hücum edərək, 215 nəfəri qətlə yetirmiş və 60-a yaxın sakini oğurlamışdı. Onların yerdə qalanları ötən gün azad edilib və buradakı İŞİD terrorçuları məhv ediliblər.