إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Rzanın(ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan çox zəvvarın gəlməsi gözlənilir

2 milyon yarımdan artıq zəvvar artıq Məşhəddə

Ahlibeyt.az-ın məlumatına görə,Maide.az-ın Tasnim-ə istinadən verdiyi xəbərə görə, Xorasan Rəzəvi əyalətinin zəvvarların rifahının təmini üzrə idarənin direktoru Mehdi Furuzan bildirib ki,  indiyədək piyada, hava, dəmir yolu, avtobus və minik avtomobilləri vasitəsilə 2 milyon 643 min 660 zəvvar Məşhəd səfərinə səfər edib.

Həmçinin  İRNA agentliyinin məlumatında qeyd olunur ki,bu günlə qədər 162 min zəvvar İranın müxtəlif şəhərlərindən Məşhəd şəhərinə piyada səfər edib.İmam Rzanın(ə) piyada zəvvarlara xidmət üzrə cəmiyyətin sözçüsü  Hüseyn Rzayinin açıqlamasında bildirilir bu zəvvarın 35 faizini qadınlar və 65 faizini isə kişilər təşkil edir:

“Onlar Nişapur, Sərəxs, Fəriman və Quçan istiqamətindən Məşhəd şəhərinə daxil olub.  Hazırda ölkənin müxtəlif əyalətlərindən 25 min  zəvvar Məşhəd istiqamətində piyada hərəkət edir və bu gün və ya sabah Məşhəd şəhərinə çatacaq”.

H.Rzayi deyib ki,  piyada səfər edən zəvvarlara xidmət göstərmək üçün  Xorasan Rəzəvi əyalətində 319 xidmət dayanacağı quraşdırılıb.  “Burada zəvvarların istirahəti, müalicəsi, yeməyi və geyimlərinin yuyulması üçün şərait yaradılıb.  Məşhəd şəhərində 110 min piyada zəvvarın məskunlaşması üçün şərait yaradılıb. Hazırda bu yerlərin 60 faizi doludur.”

Xorasan Rəzəvi  əyalətinin  Hotelçilər Birliyinin  Sədri  Məhəmməd Qanei mətbuata açıqlamasında bildirib ki, Məşhəd şəhərində 230 hotel  fəaliyyət göstərir ki, eyni zamanda 75 min nəfərə xidmət göstərir.  “Hazırda bu hotellərdə yerlər 95 faiz doludur.  Hotellərdə qonaq olan zəvvarların 30 faizindən çoxu əcnəbi zəvvarlardır”.

O qeyd edib ki, Məşhəd şəhərində zəvvarlara xidmət göstərən  evlər də var ki, onların statistikası aparılmır. Onun üçün mümkindir əcnəbi zəvvarların sayı  rəsmi rəqmələrdən daha çox olsun.

Xatırladaq ki, hər il qəməri təqvimi ilə  29 səfər -  İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır.

Bu il İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.

Mənbə maide.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2018  15:03 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com