إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Amnistiya Təşkilatı dünyanı Səudiyyəyə qarşı mübarizəyə çağırdı

Dünya ictimaiyyətinə müraciət edən Beynəlxalq Amnistiya Təşkilatı ("Amnesty International") Səudiyyə Ərəbistanının insan haqlarına qarşı cəhdləri ilə mübarizənin şərt olduğunu açıqlayıb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, "Amnesty" dünən yaydığı bəyanatda, dünya ictimaiyyətindən Səudiyyə Ərəbistanının insan haqlarını kobud şəkildə pozan cəhdlərinə qarşı mübarizə aparmasını istəyib və səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı dosyesinin bütün detallarının tez bir zamanda aydın olmasını arzu edib.

Bu bəyanatda, Səudiyyə Ərəbistanının təşəbbüslərinin insan haqları pozuntusu və qeyri-qanuni edamlardan ibarət olduğu və ölkənin Yəməndəki fəaliyyətlərinin əvvəlcədən planlaşdırılmış və mütəşəkkil bir şəkildə olduğunu və ölkədə dünyanın gözləri qarşısında insan hüquqlarının açıq şəkildə pozmağa davam etdiyi bildirilib.

Təşkilat Səudiyyə Ərəbistanından Qaşıqçının cəsədinin gizlədildiyi yerini meyitin yarılması üçün tez bir zamanda bildirməsini tələb edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2018  10:21 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!