|
• DünyadaTrampın Qüdslə bağlı qərarından sonra indiyədək 316 fələstinli şəhid olubABŞ prezidenti Trampın Qüds əleyhinə verdiyi qərardan sonra indiyədək 316 fələstinli şəhid olub. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Fələstin İslami Araşdırma Mərkəzinin yayımladığı məlumata əsasən, şəhid olan 316 fələstinlidən 68-i uşaq, 19 nəfəri isə müqavimət hərəkatının üzvüdür. Mərkəz Qəzza zolağında “Böyük Qayıdış Yürüşü”ndə işğalçı İsrail qüvvələrinin açdığı atəş nəticəsində indiyədək 204 fələstinlinin şəhid olduğunu bildirib. Fələstin İslami Araşdırma Mərkəzi beynəlxalq insan haqları təşkilatlarına müraciət edib və işğalçı rejim başçılarının Fələstin xalqına qarşı müharibə cinayəti törətdiklərinə görə cəzalandırmasını tələb edib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin dekabr ayının 6-da Qüds şəhərini işğalçı sionist rejimin paytaxtı elan edib. Donald Trump-ın qərarı beynəlxalq aləmdə kəskin etirazlara səbəb olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2018 10:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |