|
• DünyadaİŞİD-in qurban seçəcəyi növbəti ölkənin adı açıqlandıABŞ-ın National Interest nəşri iddia edir ki, İŞİD terror təşkilatının mövqelərini möhkəmlədə biləcəyi növbəti ölkə İordaniya ola bilər. Ahlibeyt.az Oxu.Az-a istinadla xəbər verir ki, nəşrdə yer alan məqalənin müəlliflərinin fikrincə, İordaniya bölgədə ABŞ-ın əsas tərəfdaşı olsa da, Krallıq ciddi təhlükədədir. Qeyd olunur ki, İŞİD-in əcnəbi döyüşçüləri arasında say baxımından iordaniyalılar üçüncü yerdədir. Onların sayı 3 min nəfərdir. Ehtimal olunur ki, İŞİD-in Suriya və İraqda məğlub olması səbəbindən döyüşçülər öz ölkəsinə qayıdacaqlar. Real hərbi əməliyyatlarda təcrübə toplamış terrorçular ölkə daxilində ciddi təhlükə mənbəyinə çevriləcək. National Interest həmçinin qeyd edir ki, İordaniyanın təhlükəsizliyinə suriyalı qaçqınlar da təhdid ola bilər. Hazırda onların bu ölkədəki sayı 658 min nəfərdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2018 10:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |