|
• DünyadaFələstinin Mərkəzi Şurası İsraili dövlət kimi tanımasını dayandırdığını elan edibFələstinlilərin ən böyük rəsmi qurumu “Fələstinin Mərkəzi Şurası” İsraili dövlət kimi tanımasını və onunla təhlükəsizlik sahəsindəki koordinasiyanı dayandırdığını elan edib. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə əl-Cəzirəyə məlumat yayıb. Məlumatda bildirilir ki, Fələstinin Mərkəzi Şurası bu gün 30-cu tur toplantılarının yekunu olaraq, İsrail dövlətini tanımasını və onunla təhlükəsizlik zəminindəki koordinasiya işlərini dayandırdığını bildirib. FMŞ verdiyi bəyanatda Fələstinin Azadlıq Təşkilatından və Fələstin Muxtariyyətindən tələb edib ki, qərardan irəli gələn addımları atmağa başlasın. Qeyd edək ki, fələstinlilər ilk dəfə 1993-cü ildə Oslo anlaşmasının nəticəsi kimi İsraili dövlət kimi tanımış, İsrail və ABŞ da o zaman Fələstin Azadlıq Təşkilatını fələstinlilərin rəsmi beynəlxalq qurumu kimi qəbul etmişdi. Fələstin Mərkəzi Şurasının bəyanatında bildirilib ki, İsrail onları dövlət kimi tanımayana qədər onlar da İsrailin tanınmasını və bu barədə əldə olunan razılaşmanı dayandırırlar. Həmçinin bu bəyanatda tələb edilib ki, İsrail Fələstini 1967-cı ildən öncəki ərazilərlə birgə və Şərqi-Qüdsü Fələstin Dövlətinin paytaxtı olaraq, tanımalıdır. Fələstinin Fəth hərəkatı yeni qərarı dəstəklədiyini bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2018 15:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |