30 Oktyabr, 2018
Fələstinin Mərkəzi Şurası İsraili dövlət kimi tanımasını dayandırdığını elan edib

Fələstinlilərin ən böyük rəsmi qurumu “Fələstinin Mərkəzi Şurası”  İsraili dövlət kimi tanımasını və onunla təhlükəsizlik sahəsindəki koordinasiyanı dayandırdığını elan edib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə  əl-Cəzirəyə məlumat yayıb.

Məlumatda bildirilir ki, Fələstinin Mərkəzi Şurası bu gün 30-cu tur toplantılarının yekunu olaraq, İsrail dövlətini tanımasını və onunla təhlükəsizlik zəminindəki koordinasiya işlərini dayandırdığını bildirib.

FMŞ verdiyi bəyanatda Fələstinin Azadlıq Təşkilatından və Fələstin Muxtariyyətindən tələb edib ki, qərardan irəli gələn addımları atmağa başlasın.

Qeyd edək ki, fələstinlilər ilk dəfə 1993-cü ildə Oslo anlaşmasının nəticəsi kimi İsraili dövlət kimi tanımış, İsrail və ABŞ da o zaman Fələstin Azadlıq Təşkilatını fələstinlilərin rəsmi beynəlxalq qurumu kimi qəbul etmişdi.

Fələstin Mərkəzi Şurasının bəyanatında bildirilib ki, İsrail onları dövlət kimi tanımayana qədər onlar da İsrailin tanınmasını və bu barədə əldə olunan razılaşmanı dayandırırlar. Həmçinin bu bəyanatda tələb edilib ki, İsrail Fələstini 1967-cı ildən öncəki ərazilərlə birgə və Şərqi-Qüdsü Fələstin Dövlətinin paytaxtı olaraq, tanımalıdır.

Fələstinin Fəth hərəkatı yeni qərarı dəstəklədiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8927.html