|
• Mənəviyyat • MənəviyyatAyətullah Sistanidən Ərbəin ziyarəti ilə bağlı mühüm tövsiyyələrArtıq neçə illərdir ki, möminlər İmam Hüseynin (ə) “Ərbəin”- 40 mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə, İmamın (ə) ziyarətinə yola düşürlər. Bu şərəfli yolda savab və mənəvi nemətlərə yetişmək və Allahın rizasını əldə etmək üçün möminlər əməl və davranışlarına, şəriətin tələblərinə diqqətli olmalıdırlar. Bu səbəbdən hər il İslam alimləri öz dəyərli tövsiyyələrini zəvvarların diqqətinə çatdırırlar.
Alkawthartv agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına bəzi suallar ünvanlayıb və İmam hüseyn (ə) zəvvarlarına dəyərli tövsiyələr verməsini istəyib. Ayətullah Seyyid Sistani (Allah ömrün uzun eləsin) bir neçə mühüm tətləbə işarə edərək cavab verib: Bismilləhir-Rəhmanir-Rəhim. Həmd olsun aləmlərin rəbbinə. Allahın salamı Rəsulina və pak Ailəsinə olsun.
1. Möminlər gərək diqqət etsinlər ki, Mütəal Allah onlara bu ziyarəti lütf və inayət eliyib.
Möminlər, gərək Allahın onların hidayəti üçün seçib göndərdiyi peyğəmbər və höccətlərə diqqətli olsunlar, öz əməllərində onları (ə) layiq olsunlar. Allah, möminlərə bu ziyarəti nəsib edib ki, onlara ehsan edib, məqamlarını ucaltsın. Bu nümunəvi şəxsiyyətlər Allahın uca məqamlı bəndələri, Onun yolunda tam varlıqları ilə fədakarlıq edmiş insanlardır. Bu səbəbdən onların (ə) ziyarəti Allahı yad etmək, onun dinini öyrənmək hesab olunur. Zəvvar bu ziyarətdə İmamın (ə) Allah yolunda fədakarlığını bilib yaşatmaqla bərabər, hənif dininin namaz, hicab, ədəb, islah, əxlaq, qardaşlıq və bu kimi məfhumlarına da diqqət etsin.
2. Əhli-Beytin (ə) əmr və göstərişlərinə əməl etmək onlarla yoldaşlıq meyarıdır.
Diqqət etməliyik ki, o böyük şəxsiyyətlərin hüzurunda arzu və tələblərimiz bizi aldatmasın, yalan olmasın. Əhli-Beyti (ə) dərk etməyimizə mane olmasın. Əgər o böyük şəxsiyyətlərə layiq davrana bilsək, ümüd vardır ki, qiyamət günündə onlarla birgə ola bilək. Necəki İmam Əli (ə) Cəməl döyüşündə buyurub: “Bu gün elə insanlar vardır ki, bizimlədirlər. Lakin hələ doğulmayıb, atalarının sülbündə, yaxun analarının rəhmindədirlər.” Elə isə bizdən niyyəti xalis olan hər bir kəs üçün, o Həzrətlərin yolunda olmaq, onların ədəb və təlimlərindən bəhrələnmək bizim üçün çətin olmamalıdır.
3. Namaz ən üstün ibadətdir.
Allaha and verirəm! (3 dəfə) namaza diqqətli olun. Namaz dinin dirəyi, möminin meracıdır. Əhli-Beytdən (ə) hədis var: Namazı sındırana bizim şəfaətimiz nəsib olmaz!
4. Xanımlar çətin şəraitdə olsa belə hicablarını qorusunlar.
Xanımlar bütün çətinliklərə baxmayaraq hicablarını qorusunlar. Əhli-Beyt (ə) Kərbəlada, bütün çətinliklərə baxmayaraq hicablarını qorudular. Bütün zəvvarlara, xüsusən də xanımlara vacibdir ki, bütün hallarda iffətlərini, zahirlərini qorusunlar və əməllərində diqqətli olsunlar.
5. Allah bizə ixlaslı, xalis niyyətli olmağı nəsib etsin.
Allah, xalis və pak niyyətli əməldən başqasını qəbul etməz. Allahı çox zikr edin. Hər işinizdə ixlaslı olun. Əməl, rəftar, əqidəsində ixlaslı olan kəsləri Allah, dünya və axirətdə xieyrə çatırıb, bərəkətli edər.
Allahdan ümid edirik ki, həm ziyarət günlərində, həm də digər günlərdə bizə Peyğəmbər (s) və Əhli-beyt (ə) yolunda olmağı, onların yolunu təbliğ etməyi nəsib etsin. Bunun mükafatını bizə nəsib etsin.
Mənbə:Islaminsesi.info
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2018 11:09 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |