إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Almaniyada kilsə qülləsindəki “xaç” şəkili “Allah” sözü ilə dəyişdirilib

Almaniya tarixində ilk dəfədir ki, “İncil əhli”-nin kilsəsi istifadə təyinatını dəyişərək məscid kimi istifadəyə verilir.

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi məlumata görə, Kapernaum kilsəsi 1961-ci ildə tikilib, 2002-ci ildə isə maddi problemlərə görə bağlanıb. Kilsənin torpaq sahəsi 2012-ci ildə “Nur İslam Mərkəzi” tərəfindən satın alınıb.

Bu kilsənin məscidə çevirilməsi layihəsi 2013-cü ildə başlayıb. Məscidin ibadət üçün hazırlanması prosesi isə altı il uzanıb. Kilsənin məscidə çevirilməsi və ibadət üçün hazırlanması layihəsinə 5 milyon avro vəsait xərclənib. Bu məbləğin 1.1 milyonunu Küveyt dövləti hədiyyə etmişdir.

Binanın xarici görünüşündə elə də dəyişiklik edilməyib. Təkcə kilsənin qülləsindəki “xaç” şəkili “Allah” sözü ilə dəyişdirilib.

Məscidin açılış mərasimində siyasi və məzhəbi təşkilatların iştirak edəcəyi gözlənilir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2018  10:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!