|
• DünyadaŞiə saytlarını bağlamaqdansa, təfriqə salan saytları bağlayınSəudiyyə Ərəbistanının şiələr yaşayan məntəqəsinin imam camaatlarından olan Hüccətül-İslam Şeyx Həsən əl-Mətu Cümə xütbəsində etiraz aksiyalarında iştirak edənlərin həbs olunmasını pisləyib. O deyib ki, həmin saxlanılan şəxslərin bir istəkləri var ki, o da hüquqlarının təmin olunmasıdır. Biz dövlətdən həmin hüquqların təmin olunmasını dəfələrlə istəmişik və bu təmin olunmayandan sonra küçələrə çıxmışıq deyən Şeyx Həsən əl-Mətu deyib ki, amma rejim bizi həbs edir və həbsxanalrda saxlanılanlara işkəncələr eidr. Bizim heç bir cinayət tərkibli günahımız yoxdu. Biz sadəcə öz hüquqlarımızın təmin edilməsində israrlıyıq. Bəziləri saxlanılanların avara və cinayətkar olduğunu bildirərək həqiqəti təhrif edirlər deyən imam camaat bunun yalan olduğunu bildirib və deyib ki, saxlanılan şəxslər hər biri iş sahibi, bəziləri isə Qətif elitasına aid şəxslərdirlər. Şeyx Həsən əl-Mətu həmçinin şiələrə aid saytları məntəqədə baş verən hadisələri işıqlandırdığına görə bağlanmasını pisləyərək deyib ki, rejim şiə saytlarını bağlamaqdansa, Səudiyyədə yaşayan şiə və sünnilər arasında fitnə və təfriqə salan saytları bağlasa daha düzgün olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2012 16:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |