إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

H.Ruhani: Fars körfəzi və Hörmüz boğazında istənilən təxribata cavab verəcəyik

"Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyi həmişə bizim üçün vacib olub və İraqla müharibə zamanı onu qoruduğumuz kimi, gələcəkdə də bu həyati əhəmiyyətə malik su marşrutunda istənilən təxribata cavab verəcəyik"

Ahlibeyt.az-ın məlumatına görə,Faktxeberin RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, bunu İran prezidenti Həsən Ruhani çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

H.Ryhani bildirib ki, Tehran Xəzəryanı dövlətlərlə olduğu kimi, Fars körfəzi ölkələri ilə də yaxşı münasibətlərdə olmaq arzusundadır.

O qeyd edib ki, qonşularla münasibətləri inkişaf etdirmək, daha təhlükəsiz və daha inkişaf etmiş regionun yaradılması İranın xarici siyasətində əsas prioritetlər sırasına daxildir. Prezident bu xüsusda bir neçə həftə əvvəl İran və digər dörd Xəzəryanı dövlətin Xəzər dənizinin hüquqi statusu barədə konvensiyaya imza atdığını xatırladıb.

"Əminəm ki, bu tarixi addım xoşqonşuluq münasibətlərini möhkəmləndirəcək və bütün sahilyanı dövlətlərin inkişafına səbəb olacaq. Biz Fars körfəzindəki cənub qonşularımız ilə də eyni münasibətləri arzulayırıq", - deyə Ruhani bildirib.

Ruhani əlavə olaraq qeyd edib ki,  Tehran Fars körfəzi və Hörmüz boğazında istənilən təxribata cavab verəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2018  10:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!