|
• Mənəviyyat • MənəviyyatLənət oxumaq düzgündürmü?..Bəziləri deyir ki, heç kimə lənət oxumaq olmaz. Bu fikir düzgündürmü? Əsasən, radikal düşüncəli sələfi əqidəsində olan şəxslər bu cür iddia ilə çıxış edirlər. Onlar bu yolla Yezid kimi tarixin böyük cinayətkarlarına haqq qazandırmağa çalışırlar. Halbuki, lənətə layiq olan şəxslərə lənət oxumaq günah deyildir. Hətta Allah-Taala Özü Quranda kafirlərə ağır şəkildə lənət deyir: “Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır” (Əhzab, 64). “Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır” (Əhzab, 57). “Allahın lənəti olsun zalımlara!” (Hud, 18). Quranın bundan başqa da bir çox ayələrində Allahin lənətinə düçar olanlardan danışılır. İslam müqəddəsləri, o cümlədən, Həzrət Mühəmməd Peyğəmbər (s) nə qədər mərhəmətli olsalar da, bəzi hallarda xəbis insanlara lənət demişdir. Əlbəttə, lənətdən sui-istifadə etmək və layiq olmayan şəxslərə lənət söyləmək günahdır. Bunun meyarı Quran ayələri, hədislər və şəriət hökmləri ilə təyin edilir. Mənbə: islam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2018 10:00 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |