|
• Dünyadaİranda milli matəm elan olunduİran hökuməti Əhvaz şəhərində baş verən terror aktı ilə bağlı 24-sentyabr ölkədə matəm günü elan edib. Ahlibeyt.az-ın İran mediasına istinadən məlumatına görə,hökümətin yaydığı açıqlamada qeyd olunur ki, Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir. Qeyd edək ki,terror aktı ilə əlaqədar Hollandiyanın və Danimarkanın səfirləri, həmçinin Böyük Britaniyanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.Nazirliyin nümayəndəsi Əhvaz şəhərində terror aksiyası törədən “Əl-Əhvaziyyə” təşkilatının Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınmamasına İran tərəfinin etirazını çatdırıb. Xatırladaq ki, hərbi parad zamanı naməlum silahlılar insanlara atəş açıblar. Terror aktı nəticəsində 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.Ölən və yaralananlar arasında azyaşlı uşaqların da olduğu bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2018 11:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |