إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan Kölndəki Mərkəzi məscidin açılışında iştirak edəcək - FOTO

Türkiyə prezidenti Almaniyaya səfər edəcək.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Zeit-Online” qəzetinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri zamanı Köln şəhərindəki Mərkəzi məscidin təntənəli açılış mərasimində iştirak edəcək.

Bu məlumatı Türkiyə hökuməti də rəsmi şəkildə təsdiqləyib.

Qeyd edilir ki, Köln şəhərinin Erenfeld rayonunda yerləşən Mərkəzi məscid artıq bir neçə aydır ki, müsəlmanlara xidmət göstərir, lakin məscidin rəsmi açılış tədbiri hələ də keçirilməyib.

Xatırladaq ki, Ərdoğan 28-29 sentyabrda Almaniyaya rəsmi səfər edəcək.

Məscidin açılış tədbiri sentyabrın 29-na təyin edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2018  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!