|
• DünyadaCavad Zərif Suriyada Xanım Zeynəb(s.ə) türbəsini ziyarət etdiİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəzi suriyalı rəsmilərlə görüşmık üçün sentyabrın 3-də Suriya paytaxtı Dəməşqə səfər edib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, İran xarici işlər naziri Zərif Dəməşqin beynəlxalq hava limanında Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad tərəfindən qarşılanıb. Zərif Miqdad tərəfindən rəsmi mərasimlə qarşılandıqdan sonra Dəməşqin Zeynəbiyyə səmtində yerləşən Həzrəti Zeynəbin (s.ə) türbəsini ziyarət edib. Zərif Dəməşqdə verdiyi ilk açıqlamasında İdlibin terrorçulardan təmizlənməsini qeyd edib. Görüş zamanı Suriya xarici işlər naziri Vəlid Müəllim iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə İrandan Suriyaya terrorizmlə mübarizədə dəstəyini davam etdirməsini istəyib. İranlı nazir Suriyanın ərazi bütövlüyünün qorunması və suriyalı qaçqınların evlərinə və ailələrinə geri dönməsi lazım olduğunu qeyd edib. Zərif daha sonra Suriya Baş naziri İmad Xamislə görüşüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2018 10:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |