|
• DünyadaİƏT Gənclər Forumu Yəməndəki vəziyyətlə bağlı bəyanat yaydıİslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF) Yəməndə davam edən münaqişə zamanı aralarında yeniyetmə və uşaqlar olmaqla dinc əhalinin qətlindən narahatlığını ifadə edir. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bu barədə İƏT GF-nin yaydığı bəyanatda deyilir. “İƏT Gənclər Forumu BMT-nin Baş katibi Antoniu Quttereşin 09 avqust 2018-ci il tarixdə onlarla uşağın ölümünə səbəb olan hava zərbəsinin araşdırılmasına dair çağırışını dəstəkləyir və qeyd edir ki, müharibələr zamanı günahsız insanların həyatlarının qorunmasına dair İslam prinsiplərinə, həmçinin dinc vətəndaşların münaqişələr zamanı təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq humanitar hüquq normalarına qeyri-şərtsiz riayət edilməlidir”, - sənəddə deyilir. İƏT GF həmçinin İslam ümmətini ölkədə siyasi nizamlanma və möhkəm sülhün əldə olunması üçün bütün vasitələrdən, o cümlədən atəşkəs danışıqları zamanı vasitəçilik rolundan istifadə etməyə çağırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2018 10:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |