|
• Dünyada3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıbQəzza Blokadasını Yarma Milli Hərəkatının mətbuat katibi Bəssam əl-Manasıra Qəzza limanında verdiyi açıqlamada, "Azadlıq gəmisinin üçüncü səfərinin bu gün başladığını elan edirik", - deyə bildirib. Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, səfərin Qəzza sahillərindəki regional sularda fələstinlilərin haqqı olduğunu göstərməyi nəzərdə tutduğuna diqqəti çəkən Manasıra, "Qəzzanı dünyaya bağlayan limanın tikintisi beynəlxalq hüquqim zəmanəti altındadır", - deyə danışıb. Manasıra göstərilən fəaliyyətin sionizm terroruna qarşı dinc dəniz nümayişi olduğunu vurğulayıb. Qeyri Hökumət Təşkilatı olaraq Qəzzanın azadlığa qovuşması üçün işlər aparan Qəzza Blokadasını Yarma Milli Hərəkatı bu il ərzində daha iki ayrı dəniz səfəri həyata keçirib. Birincisi 29 may, ikincisi isə 10 iyulda həyata keçirilmiş səfərlərin qarşısı İsrail rejiminin dəniz qüvvələri tərəfindən alınıb. Manasıra gəminin marşrutuna dair məlumat verməyib. Amma bundan əvvəlki azadlıq yürüşləri Kiprə çatmağı hədəf seçmişdi. Xatırladaq ki, Qəzza blokadasını qırmaq məqsəd ilə həyata keçirlən dəniz səfərlərinə İsrail bir neçə dəfə qanlı hücumlarla qarşılıq verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2018 11:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |