إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çin Həccə gedən müsəlmanları GPS sistemi ilə izləyir

Çin rəhbərliyinin həccə gedən müsəlmanlara paylanılan döş nişanlarındakı GPS sistemi ilə  24 saat boyunca onları izləyəcəyi iddia olunur.

Ahlibeyt.az-ın  Maide.az-a istinadən verdiyi xəbərə görə,  ABŞ-ın “Wall Street” qəzetinin yazdığı məlumata görə, Çin hökuməti tərəfindən idarə olunaun Çin İslam Dərnəyi həcc ziyarətinə gedən  müsəlmanlara  Pekin Hava limanında  GPS sistemli  şəkilli kartlar paylayır.

Dərnəyin yayımladığı məlumata görə, bu kartlar istifadəçisinin güvənliyini qorumaq məqsədilə paylanılıb.  Kartlarda GPS izləmə sistemi  və şəxsi məlumatlar yer alıb.

İnsan Haqları fəalları  bu kartların Çinin təhlüksəizlik qüvələri tərəfindən müsəlmanlardan casusuluq məqsədi ilə istifadə olunduğunu bildirir.

Çin insan hüquqları mütəxəssisi Eva Pils, bu kartların hacılara paylanmasını Çinin müsəlmanlara təzyiq göstərməsi üçün yeni bir vasitə kimi dəyərləndirib.

Çinin müsəlman cəmiyyəti 10 qrupa bölünür: huey, uyğur, qazax, qırğız, özbək, tatar, salar, baoan, donsin və taciklər. Bu qruplardan ən çox saylısı olan hueylərə Çinin bütün hər yerində rast gəlmək olar.

1990-cı il siyahıya alınmasına görə bu qrupda olanların ümumi sayı 8 602 978 nəfərdir. Ölkənin şimal-qərbində məskunlaşan Sintzyan sülaləsi kökündən olan uyğurlar daha çox tanınır. Belə ki, müasir Çində ölkənin müsəlman əhalisini huey adlandırırlar. Kişi hueyləri xarakterik ağ papaqlardan tanımaq mümkündür.

Çində hakumətin müsəlmanlara qarşı  sərt repressiyalar  davam edir. İslam məktəbləri və məscidləri bağlanır, hətta bəziləri dağıdılır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2018  11:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!