|
• Mənəviyyat • Mənəviyyatİmam Rza(ə)dan hikmətli hədislər8-ci İmam Əli ibn Musa(ə)ın mübarək mövlud günü münasibəti ilə sizləri təbrik edirik. Bayramınız mübarək! İmam Rza buyurur: - İman dörd dayaq üzərində durub: Allaha təvəkkül etmək, Allahın qəzavü-qədərinə razı olmaq, Allahın əmrinə təslim olmaq və bütün işləri Allahın öhdəsinə buraxmaq. - İmam Rzadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir, əta ediləndə şükür edir, bəla gələndə səbir edir, qəzəblənəndə bağışlayırlar. - Möminin müşkülünü həll edib onu qəmdən qurtaranı Allah qiyamət günü qəmdən azad edər. - Allahın nəzərində vacib əmrlərdən sonra ən üstün iş mömini sevindirməkdir. - Üç iş başqa üç işdən aslıdır. Kifayət qədər imkanı olmayan çətinlik çəkər, işdə geri qalan məhrumiyyətə düçar olar, avam insan mərifət əhlinin düşməni olar. - Bir-birinizin görüşünə gedin ki, sevgi yaransın. Bir-birinizin əlinizi sıxın və bir-birinizə qəzəblənməyin. - Din və dünya işlərində sirr saxlayın. Rəvayətə görə sirr açmaq küfrdür. Buyurulur ki, sirr açan qətlə şərik sayılar. Tövsiyə olunur ki, düşməndən gizlədiyini dost da bilməsin. - İnsan düşdüyü quyudan əhdi pozmaqla çıxa bilməz. Zülmlə yanaşı hiylə insanı əzabdan xilas etməz. - Ağıl Allahın bəxşişidir. Ədəb isə zəhmətlə qazanılar. Hər kim ədəbli olmaq üçün zəhmət çəksə məqsədə çatar. Hər kim ağıllı olmaq üçün çalışsa, yalnız öz nadanlığını artırar. - Paxıl adamın rahatlığı olmaz. Həsəd aparan adam heç nədən ləzzət ala bilməz. - Ailəsinin dolanışığı üçün ruzi arxasınca qaçanın mükafatı Allah yolunda vuruşan mücahidin mükafatından çoxdur. - Beş xüsusiyyəti olmayan insandan dünya və axirətdə bir xeyir gözləmə. Bir insanda etibar, səxavət, möhkəmlik, nəcabət, Allah qorxusu görməsən, ondan xeyir gözləmə. - Məbada Ali-Məhəmməd, Əhli-beytlə dostluğa güvənib saleh əməli tərk edəsiniz. Məbada saleh əmələ güvənib Ali-Məhəmməd, Əhli-beytlə dostluğu tərk edəsiniz. - Bizim tərəfdarlarımız o kəslərdir ki, əmrlərimizə tabe olarlar, sözümüzü qəbul edərlər, düşmənlərimizə qarşı əks tərəfdə durarlar. Hər kim bu cür olmasa, bizdən deyil
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2018 10:35 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |