|
• DünyadaMalayziyanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edibMalayziyanın Baş naziri Mahathir Məhəmmədd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Mərkəzdən APA-ya verilən məlumata əsasən, qəbul zamanı baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verilib, mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif regionlarında mövcud olan qlobal xarakterli problemlərin müzakirəyə çıxarılmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, mərkəz öz fəaliyyətində bu problemlərin həllinə töhfə verən ideya və təşəbbüslərin irəli sürülməsinə xüsusi önəm verir. Qəbul zamanı Baş nazirə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumu haqqında da məlumat verilib. Malayziya Baş naziri foruma dəvət olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyul, 2018 12:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |