إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bir kilsənin Kumeyl duasına olan bağlantısı

İslami əsərlər ümumbəşəri əsərlərdirlər

İran Mədəniyyət Mərkəzinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Əbuzər İbrahimi-Türkmən Rusiya əhalisinin şiə məzhəbinin kitablarına olan əlaqəsi barədə danışarkən maralqı bir xatirəsilə bölüşüb. O bildirib ki, Dağıstan Respublikasında yaşayan bir nəfərə Kumeyl duasını verir ki, duanı rus dilinə tərcümə etsin və Rusiyada nəşr etdirsin. Dua kitabı çap olunduqdan sonra kilsələrin birinə gedən Əbuzər İbrahimi-türkmən həmin kilsədə Kumeyl duasının satıldığını görür. O kilsədəki keşişdən satdığı həmin kitabın nə kitab olduğunu soruşur. Keşiş insanla Allah arasında olan ən gözəl münacatdır deyə cavab verir. Həmin kitabın kilsəyə gələnlərin rəğbətini qazandığını deyən İbrahimi deyir ki, bu onun göstəricisidir ki, İslami əsərlər ümumbəşəri əsərlərdirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2011  20:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!