إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qurani-Kərimdə behişt əhlinin xüsusiyyətləri

Şübhəsiz, behişt xeyirxah və pak insnaların məkanı olduğundan, Qurani-Kərimdə də behiştin belə şəxslər üçün yaradıldığı açıq-aşkar vurğulanır və “Taha” surəsinin 75-76-cı ayələrində həzrət Musanın (ə) Fironun sehrbazlarına qələbəsindən, onların həzrət Musaya (ə) iman gətirməsi və təslim olmasından, eləcə də Firon və fironçuların hədə-qorxularından sonra Fironun sehrbazlarının dili ilə belə buyurur:

وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى. جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى

“Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir – əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, pak olanların mükafatıdır.”

Sehrbazlar iman gətirdikdən sonra Firona dedilər: “Sənin işgəncələrin, qətl hökmün bu bir neçə günlük dünyaya aiddir. Allahın lütfü isə daimidir; behişt əhli behiştdə əbədidir.”

Ayədə qeyd olunan “təzəkka” sözü “təzkiyə” sözündən götürülmüş, təmizlik və paklıq mənasını ifadə edir; həm əqidədə paklıq, həm sözdə paklıq, həm də əməldə paklığa şamil olur. Həqiqətdə, behiş hərtərəfli pakların yeridir. Təbii ki, pak olmayanlara orada yer yoxdur.

Behiştdəki dərəcə isə insanın nə həddə paklanmasından asılıdır. İnsan çalışmalı, bütün yönlərdə özünü çirkinliklərdən təmizləməlidir. Demək, ruhu azğın əqidələrdən, əxlaqı çirkin adətlərdən, cismi bulaşıqlıqlardan, əməl və rəftarları çirkinliklərdən paklamaq mühüm, nəticəsi də əbədi behiştdir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.77-78.)

Mənbə: Maide.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2018  11:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!