|
|
İran Mədəniyyət Mərkəzinin sədri İlahiyyat İnstitunda olubİran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan İlahiyyat İnstitunda olub. ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan SalamNews-a verilən məlumata görə, qonağı salamlayan İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanla İran arasındakı çoxəsirlik tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, eyni zamanda İnstitutun fəaliyyəti, gələcək planları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, İlahiyyat İnstitutu müsəlman ölkələrinin analoji qurumlarının təcrübəsini öyrənməyə, onlarla sıx əməkdaşlıq etməyi planlaşdırır. Qonaq öz növbəsində yeni yaranmış İnstituta müvəffəqiyyətlər arzulayıb. O, xüsusən İnstitutda fars dili və İslam incəsənəti ilə əlaqəli kursların təşkil edilməsində, həmçinin İranda mövcud olan elmi mərkəzlərlə əlaqələrin qurulmasında və İnstitutun kitabxanasının zənginləşdirilməsində İran Mədəniyyət Mərkəzinin Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2018 10:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |