إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah İsa Qasım Bəhreyndən Londona köçürüldü - Foto

Bəhreyn rejimi icazə verdikdən sonra Ayətullah İsa Qasım müalicə üçün Londona aparılıb. Bu, Ayətullah İsa Qasımın 2 ilə yaxın ev dustağı şəraitində qalmasından sonra baş verib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Ayətullah İsa Qasim Lonodona aparıldıqdan sonra xəstəxanaların birində yerləşdirilib.

“Rayul-Youm” agentliyi Ayətullah İsa Qasimin xərçəng xəstəliyinə yoluxduğunu və bu xəstəliyin ilkin mərhələdə olduğunu bildirmişdi.

Qeyd edək ki,  Bəhreynin XİN başçısı Xalid bin Əhməd Al-Xəlifə öz twitter səhifəsində yazmışdı ki, ölkənin kralı Həmd bin İsa Ayətullah şeyx İsa Qasimin müalicəsinin Londonda davam etdirilməsinə icazə verib.

Bildirək ki, Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı iki ilə yaxındır muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.

Ekspertlərin fikrinə görə Şeyx İsa Qasımı vətəndaşlıqdan məhrum edən Bəhreyn rejimi müalicə adı altında onun Londona göndərilməsini də fürsət olaraq dəyərləndirib və onun ölkədən uzaqlaşdırılaması üçün bunu fürsət bilərək, dərhal hərəkətə keçib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2018  14:38 Çap

Bu bölmədə


Xəbər lenti
© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com