إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanlar gərək işğalçıları öz ölkələrindən qovsunlar

Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi bu gün xaric dərsində Əfqanıstanda ABŞ hərbi qüvvələrinə məxsus Bəqram aviabazasında Quranın yandırılmasını tənqid edib.

Ayətullah Məkarim Şirazi bildirib ki, yəqin xəbəriniz var ki, bir neçə gün öncə Əfqanıstanda yerləşən ABŞ hərbi aviabazalarının birində Qurani-Kərimə hörmətsizlik edilmişdir və aviabazada olan Qurani-Kərim nüsxələri yandırılmışdır. Bu da öz növbəsində əfqan xalqının haqlı narazılıqlarına səbəb olmuşdur. Onlar bu hadisədən hiddətlənərək küçələrə çıxaraq ABŞ-a məxsus bina və aviabazalara hücumlar ediblər. Onların qarşısı isə zor işlədilərək alınmaqdadır ki, nəticədə bir neçə əfqan həyatını itirmiş və bir çoxları yaralanmışdır..

Bir çox müsəlman dövlətlərinin rəhbərləri Qurana qarşı edilən bu hörmətsizliyi tənqid ediblər deyən mərcei-təqlid bildirib ki, amma nədənsə Səudiyyə Ərəbistanı Qurani-Kərimə edilən bu hörmətsizliyə heç bir münasibət bildirməyib. Hətta ABŞ prezidenti məsələnin nə qədər həssas olduğunu anlayıb bu hadisəyə görə üzr istədi. Düzdür, bu üzrxahlığın heç bir faydası olmadı. Çünki əfqan xalqı üzrxahlıqla kifayətlənmək istəmir və Qurani-Kərimə hörmətsizlik edənlərin mühakimə olunmasını tələb edirlər.

Ayətullah Məkarim Şirazi daha sonra bildirib ki, bundan da pis odur ki, eynilə İranda şah zamanı necə xarici əsgərlərin məhkəmələrə cəlb edilmələrinə ixtiyar yox idi, Əfqanıstanda da cinayət törədən əcnəbi əsgərlər əfqan məhkəmələri tərəfindən mühakimə edilə bilməzlər. Elə bu səbəbdəndir ki, əfqan xalqı xarici əsgərlərin Əfqanıstanı tərk etməsini tələb edirlər. Bəli, bu belə də olmalıdır. Müsəlmanlar səy göstərməlidirlər ki, işğalçıları öz vətənlərindən çıxartsınlar. Çünki bu hadisədən aldığımız dərs budur ki, nə qədər ki, müsəlman torpaqlarında işğalçılar var, müsəlmanların müqəddəsatına hörmətsizliklər davam edəcəkdir.

Ayətullah Məkarim Şirazi sonda bildirib ki, biz də öz növbəmizdə Qurani-Kərimin yandırılmasını və həmçinin Qurani-Kərimə qarşı edilən bu hörmətsizliyə sükut edən müsəlman ölkələrinin başçılarını pisləyir və qınayırıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2012  18:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!