|
• DünyadaBMT Baş Assambleyası İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyibBMT Baş Assambleyası əksər səs çoxluğu ilə İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyən qətnamə qəbul edib. Ahlibeyt.az-ın məlumatına görə,APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, səsvermə Baş Assambleyanın xüsusi sessiyasında keçirilib. Sənədin lehinə 120, əleyhinə isə 8 ölkə səs verib, 45 ölkə bitərəf qalıb. Ərəb ölkələrinin hazırladığı qətnamədə İsrailin Şərqi Qüds və Qəzza zolağı daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində dinc əhaliyə qarşı hədsiz və qeyri-proporsional güc tətbiq etməsi pislənib. Qətnamə İsraili qanuni öhdəliklərə riayət edərək bu kimi hərəkətlərdən çəkinməyə çağırıb. Bölgədə atəşkəsi dərhal təmin etməyə çağıran BMT Baş Assambleyası həmçinin Fələstində mülki əhalinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2018 11:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |