إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

On4 TV-nin fəaliyyətə başlaması ilə bağlı açıqlama verilib

Bu gün sosial şəbəkələr vasitəsilə, ON4 televiziyasının açılacağı ilə bağlı telekanala yaxın şəxslər müjdəli paylaşımlar ediblər

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com bununla bağlı ON4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akaras ilə əlaqə saxlayıb.

ON4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akaras telekanalın fəaliyyətinə yenidən izin verilməsilə bağlı məlumatı bu gün aldığını bildirib:

"Biz də, bu gün telekanalın fəaliyyətinə qoylan qadağanın aradan qaldırılmasıyla bağlı xəbər tutduq. Amma hələ ki, əlimizə rəsmi sənəd gəlməyib.

Rəsmi qəzetdə də hələ ki, bununla bağlı məlumat verilməyib (Red: "Resmi gazete" bu cür qərarların açıqlandığı dövlətə bağlı mətbu qurumdur). Bu sənəd əlimizə gəldikdən sonra, ofisimizi gedib açıb, yayım və çəkiliş vasitələrimizi texniki olaraq gözdən keçirəcəyik, yəni yayıma, çəkilişə hazır olub, olmama durumunu incələməliyik.

Bundan sonra, yəni qərarın rəsmi açıqlanmasından sonra ən qısa zamanda telekanal fəaliyyətinə başlayacaq."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2018  16:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!