إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dindarların həbsinə Hacı Tale Bağırovdan kəskin etiraz

Hicab Məhbusu, ilahiyyatçı Hacı Tale Bağırov nəinki məhkəmələrin ümumiyyətlə hakimiyyətin xalqa qarşı xəyanətinin davam etdiyini bildirərək, ölkədə baş verən son həbslərin buna bariz nümunə olduğunu bildirib.

Hicab Məhbusu Hacı Tale Bağırov son həbslərə etiraz edərək hakimiyyətin xalqa xəyanətinin hələdə davam etdiyini bildirdi. Hicab məhbusu, ilahiyyatçı Hacı Tale Bağırovun fevral ayının 20-si Apellyasi Məhkəməsində son həbslərlə bağlı münasibətini diqqətinizə çatdırırıq. 

Hakim Mirzəli Abbasov Hacı Tale Bağırova müraciət olunan apelyasiya şikayəti ilə bağlı hansısa bir əlavəsi varmı sualına Tale Bağırov "xeyr" deyərək, hakimdən son söz üçün çıxış istəyib. 

Sön sözlərində Tale Bağırov Azərbaycanda məhkəmə orqanlarının ədalətsiz olmasını, onun apellyasiya şikayətinə məsuliyyətsiz yanaşılmasını, may ayının 6-sı hicab aksiyasından çəkilmiş video kadrlara apellyasiya məhkəməsi tərəfindən baxılmamasını və digər qanunsuzluqlara yol verildiyini bildirərək, Azərbaycanda məhkəmə sisteminin telefon zəngi ilə həll olunması və hökm verilməsini vurğulayıb.

Hicab Məhbusu, ilahiyyatçı Hacı Tale Bağırov nəinki məhkəmələrin ümumiyyətlə hakimiyyətin xalqa qarşı xəyanətinin davam etdiyini bildirərək, ölkədə baş verən son həbslərin buna bariz nümunə olduğunu bildirib. 

Hakim Mirzəli Abbasov ilahiyyatçının tez-tez sözlərini kəsmək istəsə də, Hacı Tale dindarların narkotikdən istifadə etmə, silah gəzdirmə, xuliqanlıq ittihamı ilə şərləyərək zindanlara salan hakimiyyətin sonda istəyinə nail ola bilməyəcəyini bildirib.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2012  21:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!