|
• DünyadaTehranda 26-ci beynəlxalq Quran sərgisi öz işinə başlayıb26-cı beynəlxalq Qurani Kərim sərgisi Tehranda "Quran; hidayət çilçirağı" adı altında öz işinə başlayıb. Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un İRNA-ya istinadən verdiyi xəbərə əsasən, 26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri Əbdül-Hadi Fiqhizadə sərginin açılış mərasimində etdiyi çıxışında bu sərginin Quran ilə əlaqədar istedadların çiçəklənməsində əvəzedilməz rolunu vurğulayaraq deyib: "Qurani Kərim Sərqisi heç şübhəsiz ki, islam dünyası səviyyəsində ən iri sərgilərdən biridir." Fiqhizadə elmi və mədəni əsərlərin yaradılmasında istedadların yetişdirilməsi üçün cərəyanların yaradılmasını bu sərginin keçirilməsində nəzərdə tutulan digər məqsədlərdən biri olduğunu deyib. 26-cı beynəlxalq Qurani Kərim sərgisinin rəhbəri sözlərinin davamında "Qurani Kərim mədəni diplomatiya olaraq müsəlmanlar ona fəxr edir", -deyə qeyd edib.. Quran sərgisinin beynəlxalq bölməsi isə yaxın günlərdə Türkiyə, Azərbaycan Respublikası, Rusiya, Malayziya və İraq kimi ölkələrin elm, mədəniyyət və sənət xadimlərinin iştirakı ilə öz fəaliyyətinə başlayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2018 15:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |