إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan: “Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvü həll etməməlidir”

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan yenə BMT Təhlükəsizlik Şurasının üzvlərinin artırılması zəruriliyindən danışıb.

Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğan Sarayevo Beynəlxalq Universitetinin fəxri doktoru və mantiyasının təqdimatı mərasimində qeyd edib ki, dünya BMT Təhlükəsizlik Şurasının beş üzvünün mərhəmətindən asılı olmamalıdır.

Türkiyə dövlətinin başçısı həmçinin Qahirəni, Tel-Əvivi və Vaşinqtonu insan hüquqlarına hörmətsiz münasibət bəsləməkdə qınayıb.

"Misir, İsrail və ABŞ həmişə İnsan Haqları Bəyannaməsinə hörmət etdiklərini bəyan edərək, bu sənədin ruhuna və tələblərinə əməl etməyə çağırıblar. Buna inanmayın. Bu məsələ onları narahat etmir", - deyə Türkiyə prezidenti bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2018  10:26 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!