إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qüdsdə ABŞ səfirliyin açılmasına kütləvi etirazlar - Ölən və yaralananlar var

16:45 Son məlumatlara görə ölənlərin sayı 37 nəfəri örüb minə yaxın yaralı var

ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və “Qayıdış marşı” yürüşü keçirirlər.

Ahlibeyt.az-ın Azvision.az-a istinadən məlumatına görə,Xarici KİV xəbər verir ki, hazırda Qəzzanın İsraillə sərhəddində 10 mindən çox etirazçı toplaşıb. Onlardan bəziləri sərhəd hasarını keçməyə cəhd ediblər. İsrail ordusunun müdaxiləsi nəticəsində 21 yaşlı fələstinli ölüb, 28 nəfər isə yaralanıb.

Məlumata görə, ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı fələstinlilərin sərhəd bölgəsinə gəlməsini önləmək üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.

Martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.

Trampın qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsüylə hazırlanan Qüdsün statusuna dair "İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti" adlı qətnamə layihəsi ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi. Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2018  15:20 Çap

Bu bölmədə


© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com