|
• Mənəviyyat • HəccHəcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolubAzərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub. Ahlibeyt.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən açıqlanmaya əsasən, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib. Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2018 11:15 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |