14 May, 2018
Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub.

Ahlibeyt.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən açıqlanmaya əsasən, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib.

Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb.

Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8369.html