|
• DünyadaİŞİD-lə mübarizədə İrandan Əfqanıstana təklifİranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın müdafiə naziri Əfqanıstanın müdafiə nazirinə İŞİD terror qruplaşmasıyla bağlı təklif edib. İranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb. İranın müdafiə naziri görüşü zamanı İranın həmişə Əfqanıstanın məzlum xalqının yanında olduğunu və suverenliyini qoruduğunu bildirib. İŞİD terror qruplaşmasının Əfqanıstandakı təhlükələrinə də diqqət çəkən iranlı nazir "İŞİD terror qruplaşmasının məhv edilməsi İran İslam Respublikasının prioritetidir. Bu mövzuda Əfqanıstanla hər cür işbirliyinə hazırıq", -deyə bildirib. Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami də çıxışı zamanı iki ölkə arasında iqtisadi, hərbi əməkdaşlıqların mühüm olduğunu qeyd edərək "Sərhədlərimizdən dost İran dövlətinə qarşı ən kiçik bir təcavüz həyata keçirilməyəcək. İŞİD ilə mübarizədə də İran və Əfqanıstan əməkdaşlığı bölgənin əmniyyəti üçün önəmli addımdır.", - deyə önə çəkib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2018 10:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |