|
• DünyadaFransa, Almaniya və Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıbABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib və ölkəsinin nüvə sazişindən çıxdığını,İrana qarşı sanksiyaların bərpa olanacağı bartədə açıqlama verib. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildiriblər. Bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir. İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından çıxmasına münasibət bildirib.Prezident H.Ruhani bildirib ki, ABŞ heç vaxt öz öhdəliklərini yerinə yetirməyib. “Bizim ötən 40 illik tariximiz və ondan öncəki illərdə müşahidə etdiyimiz bu olub ki, ABŞ İran xalqına qarşı, region xalqlarına qarşı həmişə düşmənçilik mövqeyini sərgiləyib”. H.Ruhani deyib ki, İran Beynəlxalq Atom Enerjisi Təşkilatının qənaətinə əsasən, bütün öhdəliklərini yerinə yetirib.Bundan sonra nüvə proqramına dair razılaşma İran və 5 ölkə arasındadır. İran bu razılaşmaya sadiq qalacaq. Lakin Atom Enerji Təşkilatına göstəriş vermişik ki, növbəti addımlar üçün tam hazırlıqlı olsun. Əgər lazım gələrsə, uranın sənaye zənginləşdirilməsi prosesinə heç bir məhdudiyyət olmadan başlayacağıq”. H.Ruhani tezliklə xalqla bu haqda daha geniş danışacağını bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2018 10:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |